Tanınmış fleyta ifaçısı Sylvain Barou balaban musiqi alətində ifa etməyi öyrənmək üçün Azərbaycana gəlib. Onu Fransanın Normandiya əyalətindən Bakıya gətirən səbəb balaban alətinin sirlərinə dərindən yiyələnmək istəyidir.

Azərbaycanda televiziya verilişinin qonağı olan Sylvain milli musiqimizə olan marağından danışıb, tamaşaçılar üçün canlı ifa da nümayiş etdirib.

O deyib: “Balabana marağım Alim Qasımovun ifasına qulaq asdıqdan sonra yaranıb. Sonra bu alətlə yaxından tanış olmaq və peşəkar musiqiçi kimi yetişməyə qərar verdim. Fransada olarkən bu alətin Azərbaycana məxsus olduğunu bilirdim”.

Qonaq yerli ifaçılarla görüşüb milli musiqimizi dərindən öyrənmək arzusundadır.