Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycanın Milli Qəhrəmanı Əli Məmmədova həsr olunmuş “Taleyin sınağında” sənədli filminin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi və Polis Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev, nazirliyin əməkdaşı Almaz Sultanzadə, filmin ssenari müəllifi Rəfiqə Budaqlı və rejissoru Taleh İsmayılov çıxış ediblər.

Sonra film nümayiş olunub. Sənədli ekran əsəri 2018-ci ildə dövlət sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal edilib.

Tədbirdə Polis Akademiyasının müəllim və kursantları, Milli Qəhrəman Əli Məmmədovun ailə üzvləri iştirak ediblər.