Rejissor Şamil Əliyevin “Çölçü” filmi daha bir mükafat qazanıb. Kino ekspertlərindən ibarət münsiflərin “Depth of Field International Film Festival Competition 2019 Film” (ABŞ) müsabiqəsində ekran əsəri Art-House bölümündə “Müstəsna mükafat”a (Exeptional Merit) layiq görülüb.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunan film ötən müddətdə 50-dən çox beynəlxalq festivalda iştirak edərək 30-a qədər müxtəlif mükafatlara layiq görülüb. Ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.