Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Musiqi məktəbi tərəfindən ənənəvi olaraq Dövlət Mahnı Teatrında görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun xatirə günü münasibətilə tədbir keçirilib.
Konsert məktəbin xor kollektivinin ifasında Qara Qarayevin “Xoşbəxtlik mahnısı” ilə başlayıb. İstedadlı şagirdlərin ifasında Vaqif Mustafazadə, Azər Rzayev, Tofiq Quliyev, həmçinin E.Qriq, R.Baijinin, O.Peterson, D.Kramer və digər bəstəkarların əsərləri səsləndirilib.
Sonda məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva çıxış edərək Rəşid Behbudovun həyatı və musiqi fəaliyyəti barədə məlumat verib, şagirdləri uğurlu ifalarına görə təbrik edib.