Cəmisi 3 975 000 dollara

“The Black Strat” kimi tanınan David Gilmourun 1969-cu ildə aldığı “Fender Stratocaster” gitarası Nyu-Yorkun “Christies” hərrac evində rekord qiymətə satılıb.

İndiyədək auksionda satılan ən bahalı musiqi alətinə naməlum alıcı 3 975 000 dollar pul sayıb.

Məşhur “Pink Floyd” rok qrupunun üzvü olan David Gilmour öz qara gitarası ilə (“The Black Strat”) vaxtilə “Comfortably Numb”, “Money” və “Shine On You Crazy Diamond” və digər mahnıları ifa edib.

SƏBİNƏ