Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi Monteneqro Xalq Teatrında “Azərbaycan xalq musiqisi və rəqsləri” adlı tədbir təşkil edib.
Konsertdə tarzən, Əməkdar artist Şəhriyar İmanov çıxış edib. Həmçinin “Azərbaycan mirvarisi” ansamblı milli rəqslərimizi ifa edib. Ansamblın bədii rəhbəri Nailə Məmmədzadədir. Bundan başqa, müğənni Rafael Hacıyev mahnılar oxuyub.
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə tədbirdə çıxış edərək zəngin mədəniyyətimizin və incəsənətimizin təbliğinə və təşviqinə verdikləri böyük töhfəyə görə sənət ustalarına, göstərdikləri böyük marağa görə isə tamaşaçılara minnətdarlıq edib.