Beynəlxalq Muğam Mərkəzinin “Klassik musiqi axşamları” layihəsi artıq üçüncü ildir ki, fəaliyyətdədir. İyunun 26-da bu silsilədən təqdim olunan “Musiqi qüvvəsi” adlı konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndi.
Prezident təqaüdçüsü, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Ceyla Seyidova və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Zəhra Bədəlbəylinin iştirakı ilə reallaşan konsert səslənən hər bir əsərə ifaçıların fərdi yanaşması ilə yadda qaldı.
Gecədə Qara Qarayev (fortepiano və skripka üçün sonata), Arif Məlikov (“İki ürəyin dastanı” baletindən “Komdenin arzuları”), Əziz Əzizli (fortepiano üçün prelüdlər), Astor Piazzolla (“Cafe 1930”), John Williams (“Şindlerin siyahısı” filmindən musiqi), Fikrət Əmirovun (“Sevgi rəqsi”) və s. əsərlər sehrli notlar, sevgi və əbədi sənət tandemi ilə bərabər, gənc ifaçıların təqdimatında həmin gün zərif xanımların əllərində incə və xoş qoxulu çiçəkləri xatırladırdı.
L.AZƏRİ