İyunun 29-da Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun 65 illik yubileyi qeyd edilib. Tədbir Yazıçılar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə bildirilib ki, Nəsib Nəbioğlu V.Şukşin, V.Rasputin, A.Puşkin, M.Lermontov, S.Yesenin və başqa rus yazıçı və şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib, rus dilində klassiklərimizin, eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş məqalələrin müəllifidir. Şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir. N.Nəbioğlu “Ürəyim yurd yeridir”, “Sizə sözüm var”, “Bağışlamaz dağlar məni” və digər şeir kitablarının müəllifi, R.Rza və Y.Dolqoruki adına mükafatların laureatıdır. Şeirlərinə musiqilər bəstələnib.