Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Koreya Respublikasının nümayəndə heyəti Bakıda Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova qonaqlara M.Rostropoviçin həyat və yaradıcılığı barədə məlumat verib. Həmçinin Azərbaycan violonçel ifaçılığı məktəbi haqqında söz açılıb. Qonaqlar 2012-ci ildə Ş.Heydərovanın redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” toplusu ilə də tanış olublar.

Nümayəndə heyəti muzeyin ekspozisiyasının zənginliyindən məmnun qalıb.