Azərbaycan

 

10 iyul 1899 – Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1899-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub.

10 iyul 1930 – Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 – 17.4.2009) Cəbrayıl rayonunda doğulub. “Pillələr”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Kütlə”, “Axirət sevdası” və s. kitabları işıq üzü görüb. Əsərləri xarici dillərə tərcümə edilib.

10 iyul 1924 – Ədəbiyyatşünas, türkoloq, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924 – 12.9.1979) anadan olub.

 

11 iyul 1918 – Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə; 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, milli məktəblər üçün ilk dərsliklərin (“Yeni məktəb”, “Türk ədəbiyyatına ilk qədəm”) hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olub. 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda peşə borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq dünyasını dəyişib.

11 iyul 2006 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 – 2006) vəfat edib. “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Ölsəm, bağışla”, “Təhminə” və s. filmlərə quruluş verib. “Bir cənub şəhərində”, “Onun böyük ürəyi” və s. filmlərin operatoru olub.

 

12 iyul 1911 – Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862 – 1911) vəfat edib. “Molla Nəsrəddin” jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

 

Dünya

 

10 iyul 1871 – Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (17 roman) müəllifidir.

10 iyul 1918 – Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge; 1918 – 23.2.2015) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) və s.

 

11 iyul Dünya əhali günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.

 

12 iyul 1813 – Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard; 1813-1878) anadan olub.

12 iyul 1884 – İtalyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani; 1884-1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.

12 iyul 1904 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto; 1904-1973) anadan olub.

Hazırladı: Vüqar ORXAN