Lüksemburqda “İnterNations Changemakers” qrupunun təşkilatçılığı ilə xeyriyyə sərgisi keçirilib. Sərgidə satılan əsərlərdən əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaq.

Sərgidə müxtəlif xalqları təmsil edən rəssamların, heykəltəraşların əsərləri nümayiş olunub. Azərbaycanlı rəssam Aynur Qasımovanın da əsərləri sərgilənib və maraqla qarşılanıb.

Qeyd edək ki, Aynur Qasımovanın əsərləri Lüksemburqda bundan əvvəl də “Xiffətdə olan qadınlar” assosiasiyasının sərgisində nümayiş olunub.