Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Ruslan Ağazadənin “İnsan” filmi Xorvatiyada keçirilən “Croatian One-Minute” festivalında ikinci yerə layiq görülüb.

Kinostudiyadan bildirilib ki, ekran əsərinin rejissoru və operatoru Ruslan Ağazadə, prodüseri Çingiz Qulaməliyevdir.