Qazaxıstanın Nur-Sultan şəhərində “Şattık” gənc istedadların XI Beynəlxalq festivalı keçirilib.
Festivalda Qazaxıstanın şəhər və bölgələri, Azərbaycan, Rusiya Federasiyası, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan və digər ölkələrin kollektivləri xoreoqrafiya, vokal və instrumental musiqi nominasiyaları üzrə çıxış ediblər.
Beynəlxalq tədbirdə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi rəqs dərnəyinin üzvləri tərəfindən maraqlı konsert proqramı təqdim edilib.
Qala-konsertdə “Mənim Azərbaycanım” kompozisiyası ilə çıxış edən “Azəri inciləri” rəqs kollektivi 1-ci yerin qalibi olub. Kollektiv və dərnək rəhbəri Lalə Qəti diplomla təltif olunub.