Oktyabrın 2-dən 6-dək Bakıda “DokuBaku” Beynəlxalq sənədli film festivalı keçiriləcək. Üçüncü dəfə təşkil ediləcək festival 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən təsis olunub.
Bu il festivalın proqramına 15 tammetrajlı və 15 qısametrajlı beynəlxalq və yerli sənədli film daxildir. Bundan başqa, bu il ilk dəfə olaraq, festivalda Almaniya “qonaq ölkə” olaraq iştirak edəcək. Filmlər tamaşaçılara həm ingilis, həm də Azərbaycan dilində altyazılarla təqdim olunacaq. Layihənin əsas tərəfdaşları “Goethe-Institut Azerbaijan” mədəniyyət birliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, “The Landmark Hotel Baku” və “United Cultures”dir. Festivala son müraciət tarixi avqustun 15-də başa çatır.