Məşhur italyan aktrisası Sofi Loren 84 yaşında yenidən kameralar qarşısına çıxmağa hazırlaşır. Aktrisa oğlu Edoardo Pontinin “The Life Ahead” (“Həyat irəlidədir”) adlı filmində çəkilməyə qərar verib.

Sofi Loren filmdə Holokostdan (yəhudi soyqırımı) sağ qalan Madam Rosa adlı qəhrəmanı canlandıracaq. Roman Qarinin əsəri əsasında bundan əvvəl 1978-ci ildə bu mövzuda film çəkilib.

Rejissorun dediyinə görə, bu dəfə əsər tam fərqli versiyada təqdim olunacaq.

Filmin çəkilişləri İtalyanın sahil şəhəri olan Baridə başlayıb. Sofi Lorenin dediyinə görə, tamaşaçılar onun ekranda etdiklərini təəccüblə qarşılayacaqlar.

Filmdə rolları ispan aktrisası Abril Zamora, italyan Renato Karpentieri, iranlı Babək Kərimi və başqaları canlandıracaq.

İLONA