Sentyabrın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

“Mariinsk – 2” səhnəsində təqdim ediləcək baletdə Azərbaycanın Əməkdar artisti Timur Əsgərov şahzadə Ziqfrid obrazını canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariinsk teatrının truppasında fəaliyyət göstərir.