Violonçel ifaçısı Camal Əliyev iyulun 25-də Böyük Britaniyada Kinqs-Linn Festivalında çıxış edəcək.

Bu barədə məlumat musiqiçinin və festivalın saytlarında yer alıb. Camal Əliyevi pianoda Mariya Taraseviç müşayiət edəcək.

Konsertdə L.Bethovenin və Y.Bramsın sonataları səsləndiriləcək.