Türkiyənin Giresun şəhərində Ağacbaşı-Kulakkaya Beynəlxalq yaylaq mədəniyyət və sənət festivalı keçirilib.

Kulakkaya yaylağında təşkil olunan festivalda “Anka” Azərbaycan rəqs sənəti qrupunun çıxışı da böyük maraqla qarşılanıb. İzləyicilər “Azərbaycan qızıyam” və “Bağımda üzüm qaldı” mahnılarının sədaları altında qrupun ifasını alqışlarla qarsalayıblar.

Qrupun rəhbəri Dərya Akdemir əslən azərbaycanlıdır. O, Türkiyənin Qars şəhərində doğulub. 2016-cı ildə yaratdığı “Anka” qrupu Türkiyədə keçirilən müxtəlif festival və tədbirlərdə Azərbaycan rəqs sənətini təmsil və təbliğ edir.

Mehparə SULTANOVA
Ankara