ABŞ-da televiziya dünyasının ən nüfuzlu “Emmy” mükafatlarına namizədlərin adları acıqlanıb. 2019-cu ildə mükafata namizədliyi irəli sürülənlər arasında məşhur “Taxt-tac oyunları” serialı 32 nominasiya və HBO və SKY yayım-prodakşn şirkətlərinin lentə aldığı “Çernobıl” filmi isə 19 nominasiya üzrə jüri tərəfindən qiymətləndiriləcək.

Ən yaxşı kişi aktyor mükafatına isə Kit Harinqton (“Taxt-tac oyunları”), Sterlinq Braun (“Bu, bizik”) və digər tanınmış simalar namizəd göstərilib. Emilia Klark (“Taxt-tac oyunları”), Cudi Komer (“Qətl ərəfəsi”) və digərləri isə ən yaxşı aktrisa mükafatı uğrunda mübarizə aparacaqlar. Bundan başqa, ən yaxşı komediya filmləri, ikinci dərəcəli obrazların ən yaxşı ifaçısı və digər nominasiyalar üzrə mükafatlar öz sahiblərini tapacaq.

71-ci “Emmy” mükafatlarının təqdimat mərasimi sentyabrın 22-də Los-Ancelesdə keçiriləcək.

SƏBİNƏ