“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında “Ekstatik rəqs” adlı tədbir keçirilib. Tədbirin təşkilində əsas məqsəd yığılmış gərginliyi və stresi aradan qaldırmaq və daxili insan resurslarını ortaya çıxarmaqdır.
Bu təcrübədən keçməkdə layihənin müəllifi Səid İsmayılovun rəhbərlik etdiyi peşəkar təlimçilər iştirakçılara köməklik göstərib.
Təcrübəni azad, ani yaranmış rəqs kimi də adlandırırlar. Hər yaşda və hər hansı bir rəqs bacarığı olan iştirakçı təcrübədən keçə bilib. Təcrübə, hər şeyin dalğa və ritmik bir şəkildə hərəkət edən enerjilərdən ibarət olduğunu vurğulayan fəlsəfi məqamlara əsaslanır. Məqsəd, zehni sülhə gətirməkdir və beləliklə, bədən ruhun istəyinə uyğun hərəkət etməyə çalışır.
Bədən hərəkətinə və nəfəs almaq prosesinə diqqət yetirən insan tez zamanda mediativ duruma çatır və onun bütövlüyünü, dünya ilə əlaqəsini hiss edə bilir. “Rəqs etməyin, rəqsin özü olun” – bu praktikanın əsas ideyası budur.