Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Muzeylər Şurası – İCOM-un təşkilatçılığı ilə “Böhran zamanı mədəni irsin qorunması” mövzusunda təlim keçirilib.
Təlimdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova iştirak edib. Treninqdə təbii fəlakət və ya müharibə zamanı muzeylərdə mühafizə olunan mədəni irs nümunələrinin qorunması və xilası ilə bağlı zəruri tədbirlərdən bəhs olunub.
Sonda iştirakçılara sertifikatlar verilib.