Bakıda Özcan Dənizin filminin qala-gecəsi

Fevralın 23-də Nizami Kino Mərkəzində “Af Media” şirkəti ilə birgə Türkiyənin məşhur aktyoru və müğənnisi Özcan Dənizin çəkdiyi “Sevimli təhlükəli” filminin təqdimatı keçirilib.
Qala-gecədə Özcan Dəniz, filmin baş qəhrəmanlarını oynayan Şükrü Özyıldız və Ayça Ayşin Turan, həmçinin yaradıcı heyətin digər üzvləri iştirak ediblər.
Özcan Dənizin romantik komediya janrında çəkdiyi filmdə baş qəhrəman Ədirnədə bir qızı beşikdə ikən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa, qurtulmaq üçün Zarok qızı yenidən qaçırıb gerçək ailəsinə qaytarmaq qərarına gəlir. Bu yolda onu eşq dolu macəralar gözləməkdədir. “Avşar Film” və “DNZ Film”in ortaq işi olan bu ekran əsərində rejissor sevgi, romantizm və dram elementlərini önə çəkib.
Nümayişdən sonra qonaqlar mətbuat konfransı keçiriblər. Filmin altı həftəyə çəkildiyini söyləyən Özcan Dəniz ilk dəfə bir filmdə yalnız rejissor kimi iştirak etdiyini bildirib. O, filmin ikinci hissəsinin də çəkiləcəyini vurğulayaraq, bu dəfə filmdə özünün də rol alacağını qeyd edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar