Fevralın 22-də Los-Ancelesdə Amerika Kino Akademiyasının nüfuzlu “Oskar” kino mükafatının 87-ci təqdimetmə mərasimi keçirilib. Mərasimdə 20-dən artıq nominasiyada “Oskar” mükafatı verilib.

“Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi” və “Ən orijinal ssenari” nominasiyaları üzrə mükafatlara Alexandro Qonsales İnyarritunun “Berdman” komediya filmi layiq görülüb.
Ues Andersonun “Qrand Budapeşt” hoteli” filmi də dörd mükafat alıb - “Ən yaxşı geyim rəssamı”, “Qrim və saç düzümü”, “Ən yaxşı quruluşçu rejissor” və “Ən yaxşı film musiqisi” (soundtrek).
Polşa rejissoru Pavel Pavlikovskinin “İda” filmi “Ən yaxşı xarici film” nominasiyasında “Oskar” qazanıb.
“Ən yaxşı aktyor” nominasiyasında “Oskar”a Eddi Redmayn (“Stiven Hokinqin kainatı” filmi), ən yaxşı aktrisa adına isə Culiana Mur (“Hələ də Elis” filmi) layiq görülüb.
Münsiflərin seçiminə əsasən “Telefon zəngi” ən yaxşı qısametrajlı film hesab olunub. Ən yaxşı animasiya filmi isə “Qəhrəmanlar şəhəri” seçilib. Ən yaxşı sənədli filmə görə “Oskar” “Vətəndaş dörd” filminə verilib. “Selma” filmi ən yaxşı mahnı nominasiyasında yüksək mükafata layiq görülüb. “Ən yaxşı ssenari”yə görə “Oskar” “Berdman” filminə təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar