Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan kino sənəti sahəsində xidmətləri olan bir qrup kino xadiminin əməyinin qiymətləndirilməsi, fəxri ad və təltiflər barədə sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Zemfira Babayeva və Zemfira Sadıxovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Oqtay Əlizadə və Nazim Rzayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Bundan əlavə, bir qrup şəxsə kino sahəsində xidmətlərinə görə fəxri adlar – Vidadi Əliyev, Vidadi Həsənov və Xalidə Quliyeva Xalq artisti, Adil Azay Əməkdar incəsənət xadimi, Qorxmaz Əlilicanzadə və Zilli Namazov Əməkdar artist, Nəsir Ağayev, Nelli Dadaşova, Nazim Hüseynov, Babək Quliyev, Zəkiyyə Mahmudova, Əli Bala Məmmədov və Tamilla Muxtarova Əməkdar mədəniyyət işçisi adlarına layiq görülüblər.
Xanlar Ağayev, Mahir Həsənov və Əlisəfdər Hüseynov
“Tərəqqi” medalı ilə təltif olunublar.