Xocalı soyqırımının 23-cü ildönümündə iki sənədli filmin təqdimatı keçirildi

Fevralın 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş "Müharibə uşaqları" və "Biz qayıdacağıq" sənədli filmlərinin təqdimatı keçirildi. Tədbirdə kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Təqdimatda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı haqqında danışdı. Bildirdi ki, 26 fevral 1992-ci ildə törədilən bu faciə bəşəriyyət tarixində baş vermiş ən qanlı hadisələrdən biridir. Vurğulandı ki, bu gün Azərbaycan dövləti tərəfindən soyqırımının dünyada tanıdılması istiqamətində vacib işlər görülür. İncəsənət xadimləri də yaratdıqları əsərlərlə bu işə öz töhfələrini verirlər.
Sonra hər iki ekran əsərinin yaradıcı heyəti səhnəyə dəvət olundu. Qeyd edək ki, "Müharibə uşaqları" və "Biz qayıdacağıq" filmləri "Yaddaş" sənədli filmlər studiyasında istehsal olunub.
Rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” sənədli filmi faciə zamanı kiçik yaşlarında olan və yaxınlarını itirən 7 şəxsin taleyindən bəhs edir. Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunmuş filmdə Qarabağ müharibəsi dövründə çəkilmiş kadrlardan da istifadə olunub.

Gənc rejissor Könül Kərimovanın “Biz qayıdacağıq” sənədli filmi isə Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərliyə həsr olunub. Filmdə qəhrəmanın həyat yoluna nəzər salınır, keçdiyi döyüş yolundan danışılır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar