İranın paytaxtı Tehranda Ruyesh beynəlxalq qısametrajlı film festivalı keçirilir. Festivalda ölkəmizi gənc rejissor Fehruz Şamıyevin “Yol” filmi təmsil edir.
Bu barədə qəzetimizə məlumat verən rejissor bildirib ki, festivalda iştirak edən filmlər üç əsas - beynəlxalq, yerli və müsəlman ölkələri proqramında yarışır. “Yol” filmi isə 10 ekran əsərinin iştirak etdiyi “müsəlman ölkələri” proqramında yer alıb. Film “Cinema Azadi” kino mərkəzində nümayiş olunub.
Qeyd edək ki, festival çərçivəsində kino xadimlərinin ustad dərsləri də keçirilib. Bağlanış mərasimi və qaliblərin mükafatlandırılması fevralın 27-də olacaq.
Qeyd edək ki, “Yol” filmi yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekayəsinin motivləri əsasında çəkilib. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biri kimi “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi və "Öz" prodakşn tərəfindən lentə alınıb.
Süjet xəttinə gəlincə, Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professor ölüm ayağında doğulduğu kəndə gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Amma burda ermənilər tərəfindən əsir götürülür və hadisələrin ən maraqlı anları bundan sonra başlayır...
Qısametrajlı filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, bəstəkarı Firudin Allahverdidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar