Martın 10-dan 14-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Tacikistan kinosu günləri keçiriləcək. Azərbaycan-Tacikistan qardaşlıq münasibətlərini və xalqlarımız arasında mədəni əməkdaşlıq ənənələrini möhkəmləndirmək, kino sahəsində əlaqələri genişləndirmək məqsədi daşıyan tədbir iki ölkə hökumətləri arasında iqtisadi əməkdaşlığa dair proqramın tədbirlər planına uyğun olaraq təşkil edilir.
Bununla əlaqədar olaraq, "Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmləri doktoru Sadullo Rəhimov, Tacikistanın Xalq artisti Sayram İsayeva və aktyor Abdukarim Maşrabovdan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək. Kino günlərində Nizami Kino Mərkəzində 5 bədii və 5 sənədli film nümayiş olunacaq. Tacikistan kinosu günlərinə martın 10-da Nizami Kino Mərkəzində Nosib Saidovun "Müəllim" bədii filmi ilə start veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar