“Soyuzmultfilm” kinostudiyası “Qızıl kolleksiya”ya daxil olan cizgi filmlərinin 3D versiyalarını yaratmağı planlaşdırır.

Bu barədə məlumatı kinostudiyanın quruluşçu rəssamı Yuri Pronin iyulun 27-də gənc mədəniyyət və incəsənət xadimlərinin “Tavrida 5.0” forumunda bildirib.

Onun sözlərinə görə, sovet dövründə çəkilmiş “Timsah Gena”, “Çeburaşka”, “Tutuquşu Keşa” kimi məşhur cizgi filmlərinin hamısı artıq 3D formatda mövcuddur. Hazırda prodüserlər bu layihələrin reallaşdırılması üzərində çalışırlar.