Sentyabrın 19-da Bakı Musiqi Akademiyasında “Soltan və İsmayıl Hacıbəyovlara ithaf” adlı konsert proqramı təqdim olunacaq.
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə Azərbaycan Dövlət Simli Kvarteti, Dövlət Fortepiano Triosu, xalq artistləri Ülviyyə Hacıbəyova (piano), Yeganə Axundova (piano) və Gülnaz İsmayılova (vokal), Səidə Tağızadə (piano), Nəzakət Rimazi (piano), Fəridə Məmmədova (vokal), Elnarə Kəbirlinskaya (piano), Tatyana Qarayusifli (piano), Aytac Rzaquliyeva (piano) hər iki bəstəkarın əsərlərini ifa edəcəklər. Konserti gənc dirijor Orxan Həşimov idarə edəcək.
Sentyabrın 26-da isə festival çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Soltan Hacıbəyovun 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellasının müşayiəti ilə pianoçu Ülviyyə Hacıbəyova çıxış edəcək.