Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində elan edilən “Real həyat – real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsi davam edir.
Mərkəzdən bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Layihə realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və realizm üslubunun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək, vətənpərvərlik hisslərini gücləndirmək məqsədi daşıyır.
Müsabiqədə iştirakla bağlı yaş məhdudiyyəti yoxdur. Əsərlərin qəbulu noyabrın 15-dək davam edəcək.