Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədov, universitetin əməkdaşları Misgər Məmmədov və Cəmilə Rəsulovanın müəllifi olduqları “Repetition in discourse” kitabı Almaniyanın “Lincom GmbH” nəşriyyat evində çapdan çıxıb.

Kitab təkrarların linqvistik assosiativ xüsusiyyətlərinin tədqiqinə həsr edilib. Həmçinin təkrarın idraki fəallığını stimullaşdıran metaforanın psixolinqvistik xüsusiyyətlərinin təhlili kitabda öz əksini tapıb. Araşdırmalar daha çox xüsusi nitq növü və ya janrında təkrarların funksiyasının üzərində cəmlənib.