“YARAT” Müasir İncəsənət Mərkəzində avqustun 7-də böyüklər üçün “Özünü kəşf et” adlı növbəti ustad dərsləri keçiriləcək.

“YARAT”dan bildirilib ki, “Özünü kəşf et” – yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub özlərini tamamilə yaradıcılığa həsr edə biləcəklər.

Dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri hər çərşənbə keçirilir. Dərslər zamanı iştirakçılar zəruri ləvazimatlarla təmin olunur.