Dünya kinosunun ən çox baxılan ekran əsərlərindən biri olan “Şouşenkdən qaçış” filmindəki məşhur palıd ağacından qeyri-adi şəkildə istifadə olunub. Xatırladaq ki, filmin qəhrəmanı Eddi Düfreyn dostu Red üçün məktubu məhz bu ağacın altında gizlətmişdi.

Qeyd edək ki, palıd ağacı qasırğa nəticəsində zədələndiyi üçün hələ 2016-cı ildə kəsilib. Ağacı mişarlayıblar, onun parçalarından isə filmin heyəti üçün üzərində personajların təsviri və filmdən sitatlar olan hədiyyə lövhələri hazırlayıblar.

Filmin rejissoru Frenk Darabont, baş rolların ifaçıları Tim Robbins, Morqan Frimen və bu filmə aidiyyəti olan digər şəxslər üçün nəzərdə tutulan xatirə suvenirləri kinolentin ekranlara çıxmasının 25 illiyinə həsr olunub.