Martın 13-də Nizami Kino Mərkəzində Tacikistan kinosu günlərinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov iki ölkə arasında mədəni əməkdaşlıq ənənələrini möhkəmləndirmək, kino sahəsində əlaqələri genişləndirmək məqsədi daşıyan tədbirin əhəmiyyətini diqqətə çatdırdı. Qeyd etdi ki, Tacikistanın kino nümayəndələri azərbaycanlı həmkarları ilə görüşlər keçirib, kinosevərlərlə bir araya gəliblər.
Jurnalistlərin suallarını cavablandıran tacikistanlı kino tənqidçisi, fəlsəfə elmləri doktoru Sadullo Rəhimov artıq bir neçə dəfə Azərbaycana gəldiklərini dedi, bu cür tədbirlərin kino sahəsində çalışan insanların fikir mübadiləsinə, təcrübələrini bölüşməyinə imkan yaratdığını vurğuladı.
"Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov qeyd etdi ki, azərbaycanlı rejissorlar Elçin Musaoğlu, Asif Rüstəmov, Şamil Əliyev və başqaları Tacikistanda keçirilən festivallara qatılır, münsiflər heyətində yer alırlar. İkitərəfli əlaqələrdən danışan N.Saidov “Azərbaycanfilm” kinostudiyası ilə birgə layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. O, həmçinin yaxın zamanlarda Tacikistanda Azərbaycan kinosu günlərinin planlaşdırıldığını dedi.
Tacikistanın Xalq artisti Sayram İsayeva və aktyor Abdukarim Maşrabov ölkəmizdə olmalarından məmnunluqlarını ifadə etdilər. Azərbaycan xalqının böyük mədəniyyətə malik olduğunu, kino, teatr, ədəbiyyat sahəsində dünya irsinə töhfələr verdiyini vurğuladılar. Bildirildi ki, tarixi məkanlarla, muzeylərlə tanışlıq, zəngin mədəni irsimiz, Bakının gözəlliyi onlarda unudulmaz təəssürat oyadıb.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar