Mədəniyyət Nazirliyinin sifarişi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmaləxanım Əsədullayevanın müəllifi olduğu, ümummilli liderin dövlətçilik fəaliyyətini və mədəniyyətin inkişafında xidmətlərini əks etdirən “Heydər Əliyev haqqında oda” əsəri kitab şəkilində nəşr olunub.

Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnən əsər xor və simfonik orkestr üçün yazılıb. Kompozisiya “Çahargah” muğamının daxili strukturu əsasındadır.