Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Eşqin sonsuz nəğməsi” adlı qısametrajlı bədii filmin çəkilişləri başlanıb. Melodrama janrında çəkilən filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Yeni ekran əsərində baş rolları İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanov canlandırırlar.
L.Azəri