Mədəniyyət Nazirliyinin sifarişi ilə ustad tarzən, virtuoz ifaçı Əhsən Dadaşovun həyat və yaradıcılığından bəhs edən “Əhsən sənə, Əhsən!” kitabının nəşri başa çatdırılıb.

Yazıçı-jurnalist Rafiq Hacıyevin müəllifi olduğu kitabın bədii obrazlı dili tanınmış tarzənin əhatəsində olduğu mədəni mühiti real surətdə nəzərə çarpdırmaqla bərabər, sənətkarın zəngin yaradıcılıq yolunu və geniş daxili aləmini oxucuya təqdim edir.