Arxeologiya elminin yeni sahəsi – “kosmik arxeologiya” yaranır. Bundan sonra Yer kürəsində qədim artefaktların, yaşayış məskənlərinin və abidələrin aşkar olunmasında kosmosda fəaliyyət göstərən peyklərin xidmətlərindən istifadə ediləcək.

Bu tədqiqatların detalları professor Sara Perkakın “Kosmosdan arxeologiya” (“Archaeology from Space”) kitabında təsvir edilib. Alim yazır ki, yeni metod vasitəsilə minlərlə antik şəhərin, yaşayış məskənlərinin müfəssəl xəritəsini hazırlamaq mümkün olacaq.

Peyklərin yaxınlaşdırılmış təsvirləri artefaktlarla zəngin yerlərin, tikililərin dəqiq təyin edilməsi prosesini asanlaşdırır. “Bəzi qədim tarixi abidələr və məkanlar torpaq, qum qatı və ya otlarla örtülü olur, lakin peykdən göndərilən fotoşəkillərdə onların əlamətləri lazer işıqlandırılması vasitəsilə mümkün olacaq”, - deyə alim qeyd edir. O, buna sübut olaraq müxtəlif texnologiyaların tətbiqi üsullarını göstərir. Məsələn, Nil çayının deltasında 4 min il əvvəl Misir çarlığı zamanında bu ərazini tərk etmiş insanların izləri də bu metodla müəyyən edilib. Texnologiyanın yeni nailiyyətləri sayəsində qədim Misirin bir vaxtlar zəngin vadi olmuş ərazisində iqlim dəyişmələrinin hansı yerlərdə insanların kütləvi köçünə səbəb olduğu da aydın göstərilir.

Sara Perkak vurğulayıb ki, Yer kürəsinin təxminən 10 faizi üzrə arxeoloji abidələrin xəritəsi tərtib olunub və müasir texnologiyalar bundan qat-qat artıq əraziləri müəyyən edə bilər.