Sentyabrın 13-də violonçel ifaçısı Camal Əliyevin Qreyşotda (Böyük Britaniya, Hempşir) konserti olacaq.

Soydaşımız LMP (London Mozart Players) Kamera Orkestri ilə birgə çıxış edəcək. Musiqiçinin və orkestrin saytlarında yer alan xəbərə görə, konsertdə Pyotr Çaykovskinin “Rokoko” mövzusunda variasiyaları səsləndiriləcək.