Bugünlərdə Amerika Birləşmiş Ştatlarında şagirdlərin 2-ci film festivalı keçirilib. Ağ ev tərəfindən təşkil edilən festival bu il “Cəmiyyətə qulluq və yardım” devizi altında keçirilib. Təqdirəlayiq haldır ki, amerikalı şagirdlər üçün nəzərdə tutulan qısametrajlı film festivalında ilk dəfə olaraq Azərbaycandan da şagirdlər iştirak ediblər.
Bakı şəhəri Avropa Azərbaycan Məktəbində təhsil alan bacı-qardaş Tural (3-cü sinif) və Fidan (2-ci sinif) Abdullanın festivala təqdim etdikləri film böyük maraqla qarşılanıb və münsiflər heyəti tərəfindən fəxri fərmana layiq görülüb. Məktəblilərimiz filmdə 2008-ci ilin noyabrında prezident seçkilərində uğur qazanan Barak Obamanın Çikaqoda kütlə qarşısında söylədiyi qələbə nitqindən bir parçanı canlandırıblar. Həvəskar kamera ilə çəkilməsinə baxmayaraq, Turalla Fidanın filminə uğur qazandıran əsas amil onların öz istedadlarını ingiliscə çox mükəmməl formada nümayiş etdirmələri olub.
Festivalda şəxsən iştirak edən Prezident Barak Obama öz nitqində azərbaycanlı məktəblilərin işini də xüsusi qeyd edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar