Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan “Axınla aşağı” tammetrajlı bədii filmi ABŞ-da keçiriləcək iki beynəlxalq festivala dəvət alıb.
Rejissor Asif Rüstəmovun filmi 10-19 aprel tarixində Hyustonda beynəlxalq festivalın əsas proqramında yer alıb. Film həmçinin 30 aprel - 7 may tarixlərində Los Ancelesdə festivalda nümayiş etdiriləcək. Festival Amerika Kino Akademiyasının dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır.
“Axınla aşağı” filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar