Aprelin 8-dən British Council (Britaniya Şurası), PwC, UNICEF və 28 Cinema ilə əməkdaşlıq çərçivəsində Bakıda Britaniya film mövsümü başlanır. Festival zamanı bütün filmlər ingilis dilində səslənəcək. Festival aprelin 12-dək davam edəcək.
Qeyd edək ki, bu il British Council və UNICEF Britaniya film mövsümü çərçivəsində Azərbaycanda "İmkanlar məhdudiyyətsizdir” mövzusunda təlim sessiyası təşkil edib. Bu tədbir beynəlxalq layihənin bir hissəsi olub gənclər və uşaqların sosial müdafiəsi sahəsində peşəkar qısa filmlərin hazırlanması və çəkilişini öyrənmək imkanı verir. Görmə və eşitmə qüsurlu gənclər və müxtəlif çətinlikləri olan ailələrin uşaqları bu layihə sayəsində səslərini geniş auditoriyaya eşitdirə biliblər. British Council-ın facebook səhifəsində ən çox bəyənilən 3 filmin müəllifi qalib seçilib. Həmin ekran işləri Britaniya film mövsümü zamanı hər filmdən əvvəl nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar