Əməkdar incəsənət xadimi, kinorejissor Adil Azayın “Şəhərin iç sədası” sənədli filmi avqustun 24-dən 27-dək Başqırdıstanın paytaxtı Ufada keçiriləcək “Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalında göstəriləcək.
Bu il festivalın jüri heyətinə Rusiyanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Sergey Şakurov başçılıq edəcək. Dəvət olunmuş qonaqların arasında isə məşhur Polşa kinorejissoru, bir çox beynəlxalq kinofestivalların laureatı, Venesiya kinofestivalının “Qızıl şir” mükafatının sahibi Kşiştof Zanussi, Rusiya Federasiyası Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçev və başqaları var.
“Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalının müsabiqə proqramında Avstraliya, Azərbaycan, Hindistan, Çin, Myanma, İndoneziya, İran, Fransa, Qazaxıstan, Qırğızıstan, Litva, Nepal, Moldova, Ruanda və digər ölkələrdə lentə alınmış ümumilikdə 48 ekran əsəri təqdim olunacaq.