Bakıda oktyabrın 18-dən 21-dək keçiriləcək 2-ci “Animafilm” Beynəlxalq animasiya festivalına 50 ölkədən 250-dən çox müraciət daxil olub.
Festivalın təsisçisi Rəşid Ağamalıyev deyib ki, seçim komissiyası bütün müraciətləri nəzərdən keçirdikdən sonra seçilmiş film və ssenarilərin siyahısını avqustun 31-də festivalın rəsmi saytında (www.animafilm.az) elan edəcək.
Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmi təqdim olunacaq, vorkşoplar və tədbirlər keçiriləcək, müsabiqə proqramlarına yekun vurularaq qaliblər mükafatlandırılacaq.