Sentyabrın 20-də Əməkdar incəsənət xadimi, musiqişünas, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimat mərasimi keçiriləcək.

Kitabın IV cildində bəstəkarlarımızın ötən əsrin 50-60-cı illərindən sonra formalaşmış yaradıcılığının və bu dövrün həyatının ümumi mənzərəsinin təhlili və tədqiqindən danışılır. Azərbaycan Bəstəkarlar İttifaqında keçiriləcək mərasim XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.