Fransanın məşhur aktyoru Jerar Depardye “İnsan siması” filmində keçmiş SSRİ-nin rəhbəri –Sovet İttifaqı Kommunist Partiyasının baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnevi canlandırmağa razılıq verib.

1968-ci ildə Çexoslovakiyada (Çexiya və Slovakiya 1992-ci ilədək vahid dövlət olub) baş vermiş hadisələrə (“Praqa baharı”) həsr olunan ekran əsərinə xorvatiyalı rejissor Lordan Zafranoviç quruluş verəcək.

“Biz Depardye ilə müqavilə imzalamışıq. Sentyabrda onun komandası ilə görüşəcək və detalları müzakirə edəcəyik”, - deyə filmin prodüseri Andrey Leka bildirib.

Çəkilişlərin başlanması isə 2021-ci ildə nəzərdə tutulub. Büdcəsi 10 milyon dollardan artıq olacaq ekran əsərinin dünya premyerası 2022-ci ilə planlaşdırılıb.

SƏBİNƏ