Ukraynanın “Oskar” komitəsi rejissor Nəriman Əliyevin Krım tatarının hekayəsini əks etdirən “Dodomu” filmini “Xarici dildə ən yaxşı film” nominasiyasında mükafata namizəd göstərib.
Ekran əsəri bu il Odessada beynəlxalq festivalın baş mükafatına layiq görülüb, həmçinin Kann kinofestivalında nümayiş etdirilib.
Baş rolları Ahtem Seyidablayev və Rəmzi Bilalovun oynadığı filmin Ukraynada premyerasının noyabrın 7-də keçirilməsi nəzərdə tutulur.
“Oskar” mükafatına namizədlərin yekun siyahısı 2020-ci il yanvarın 13-də elan ediləcək, təqdimat mərasimi isə həmin il fevralın 9-da Los-Ancelesdə keçiriləcək.