Əliağa Şıxlinskinin 150 illiyinə həsr olunmuş sərgi

Aprelin 21-də Azərbaycan İstiqlal Muzeyində “Generalın yolu” sərgisi keçiriləcək.
Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr 2014-cü il tarixli “General Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq təşkil edilib.
Sərgidə 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər təqdim olunacaq, Əliağa Şıxlinskiyə həsr olunmuş sənədli film (rejissor Ziya Şıxlinski) nümayiş olunacaq və Xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovun müəllifi olduğu Ə.Şıxlinskinin büstünün təqdimatı keçiriləcək.
Tədbirdə Ə.Şıxlinskinin nəslinin nümayəndələri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dillər Universitetinin tələbələri, Sərhəd Qoşunları, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar