“YARAT” Müasir İncəsənət Məkanı “YARAT” Akademiyasının növbəti payız sessiyasını elan edir.

Layihə 3 ayı əhatə edəcək. Mövzusu “Qeyri-ənənəvi tarix” olan sessiyada iştirakçılar çoxşaxəli tədqiqat metodları və tematik araşdırma metodu ilə tanış olacaq, tanınmış beynəlxalq və yerli rəssamlar, tədqiqatçılar və professorlarla görüşəcək, habelə panel müzakirə və seminarlarda iştirak edəcək və kursun sonunda verilmiş tapşırığı yerinə yetirməklə əldə edilmiş bacarıqları praktiki sahədə tətbiq edəcəklər.

“YARAT” Akademiyasının bütün xarici mütəxəssis mühazirələri Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur.

Sentyabrın 5-də musiqiçi, bəstəkar və prodüser Diana Hacıyevanın “Şəffaf: dərin rəng kimi” adlı performansı təqdim olunacaq.

Performans “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” adlı fərdi sərgisi çərçivəsində reallaşacaq.

Yarı improvizə edilmiş musiqili çıxışda akustik baraban, iri elektron baraban, immersiv gitara rifləri, genişhəcmli elektron ped alətinin səsləri və məlahətli vokal tədricən şaman mahnılarına keçid alır.