Sentyabrın 29-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Kiçik zalında tanınmış musiqişünas, musiqi nasiri, P.İ.Yurgenson Fondunun yaradıcısı Boris Yurgensonun (1949-2015) yubileyinə həsr edilmiş konsert proqramı təqdim ediləcək. Konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayevin də əsəri daxil edilib.

Konsertdə professor Fərəc Qarayevin fortepiano, klarnet və simli kvartet üçün “Postlüdiya – VIII” əsəri səsləndiriləcək. Moskva Dövlət Konservatoriyasının saytında yer alan məlumata görə, əsər “Yeni musiqi studiyası” ansamblı tərəfindən ifa ediləcək.